Ukrayna ordusundan yeni irəliləyiş
67-ci briqada Dnepropetrovskdakı Tixoye kəndinə nəzarəti bərpa etdiyini açıqladı
Ukrayna Silahlı Qüvvələrinin 67-ci xüsusi mexanikləşdirilmiş briqadası Dnepropetrovsk vilayətində yerləşən Tixoye kəndinə nəzarəti tam bərpa etdiyini açıqlayıb.
Bu barədə briqadanın rəsmi Facebook səhifəsində məlumat verilib.
Qeyd olunur ki, Rusiya tərəfi noyabrın 21-də kəndin ələ keçirildiyini bildirmişdi. Lakin Ukrayna ordusu dekabrın 6-da Tixoyenin yenidən 67-ci briqadanın nəzarətinə keçdiyini rəsmən təsdiqləyib.
Hərbiçilər vurğulayıblar ki, kəndin azad olunması cənub-şərq istiqamətində Ukraynanın müdafiə xəttinin möhkəmləndirilməsinə mühüm töhfə verir və bölgədə strateji üstünlüyü artırır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.