Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Benində hakimiyyət çevrilişi

Ordu idarəetməni ələ keçirdi, prezident Talon vəzifədən kənarlaşdırıldı

20

Benində hərbi qüvvələr ölkə idarəçiliyinə nəzarəti ələ keçirib. Bu barədə “La Nouvell Tribune” portalı məlumat yayıb.

Məlumata görə, prezident Patris Talon hakimiyyətdən uzaqlaşdırılıb, bütün dövlət idarəetmə strukturları isə fəaliyyətini dayandırıb. Ölkənin idarəçiliyi tam şəkildə Hərbi Komitənin nəzarətinə keçib.

Komitəyə polkovnik Tiğri Paskal rəhbərlik edir. Hazırda yeni hakimiyyətin yaxın günlərdə ölkənin idarə olunması ilə bağlı əsas qərarları açıqlayacağı gözlənilir.

Hərbi komitə bildirib ki, dövlət idarəçiliyi “müvəqqəti sabitlik rejimi” çərçivəsində yenidən formalaşdırılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.