Mingəçevirdə qəhrəmanlıq və vətənpərvərlik ruhu yaşadıldı
Natiq Qasımovun igidlik yolu gənclər üçün nümunə olaraq təqdim olundu, “Oğul” filmi nümayiş etdirildi
Mingəçevirdə “Milli Qəhrəman Natiq Qasımovun İgidlik Yoluna Həsr Olunmuş” tədbir təşkil olunub.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə şəhər rəhbərliyi, YAP Mingəçevir təşkilatının üzvləri, təhsil nümayəndələri və qəhrəmanın silahdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Natiq Qasımovun qardaşı Nofəl Qasımov onun cəsarət dolu həyatından, döyüşdə göstərdiyi fədakarlıqdan danışaraq Natiqin gənclər üçün əsl nümunə olduğunu vurğulayıb.
Sonda Milli Qəhrəmanın ömür yolundan və qəhrəmanlıq fəaliyyətindən bəhs edən “Oğul” filmi nümayiş etdirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.