Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabah Bakıda çiskin, bölgələrdə isə qar gözlənilir

Dağlıq ərazilərdə temperatur 5 dərəcəyədək şaxtaya enəcək, paytaxtda isə külək güclənəcək

15

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Şimal-qərb küləyi axşam saatlarında müəyyən bölgələrdə güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 9-13, gündüz isə 15-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm-dən 766 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 70-80 faiz olacaq.

Ölkənin dağlıq və dağətəyi rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Həmçinin bəzi rayonlarda arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Regionlarda havanın temperaturu gecə 1-5, gündüz 12-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti gözlənilir.


Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.