Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsil Haqlarında Yeni Qayda

Qrant qazanan özəl bağçalarda valideynlər yalnız müəyyən edilmiş ödənişi edəcək

7

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan qrant müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrində Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı valideyn tərəfindən ödənəcək.

Nazirlikdən bildirilib ki, qrant müqavilələrinin icrası başladıqdan sonra ödənişlər elektron portal vasitəsilə həyata keçiriləcək və valideynlərdən əlavə və ya gizli ödəniş tələb olunmayacaq.

Valideynlər müvafiq cədvəldə göstərilən təhsil haqlarından kənar hər hansı əlavə tələblə qarşılaşarsa, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.

Qrant müsabiqəsi üzrə bütün məlumatların şəffaflıqla ictimaiyyətə təqdim olunması davam etdiriləcək. Qeyd edək ki, müsabiqədə 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.