Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Əhali statistikası şöbəsinin məlumatına əsasən şəhər əhalisinin sayı (məcburi köçkünlər istisna olmaqla) ilin əvvəlindən 100 nəfər və ya 0,1 faiz artaraq 2025-ci ilin 01 iyul tarixinə 103207 nəfərə çatmışdır. 2025-ci ilin yanvar-iyun aylarında isə əhalinin ümumi artımı 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 56 nəfər və ya 35,9 faiz az olmuşdur. 2025-ci ilin 01 iyul tarixinə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 2024-cü ilə nisbətən 147 nəfər və ya 0,7 faiz azalaraq 19630 nəfər olmuşdur.
Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında Mingəçevir şəhərində 375 doğulan körpə qeydə alınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 4,6-dan 3,6-ya düşmüşdür. 2025-ci ilin yanvar-iyun aylarında 298 ölüm halı qeydə alınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 3,1-dən 2,9-a düşmüşdür. 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 2025-ci ilin yanvar-iyun aylarında diri doğulanların sayı 20,2 faiz və ya 95 nəfər az, ölənlərin sayı isə 6,9 faiz və ya 22 nəfər az olmuşdur.
Əhalinin təbii hərəkətinin əsas göstəriciləri*
|
Yanvar-iyun ayları üzrə |
||||||
|
Nəfər |
Əhalinin hər 1000 nəfərinə1) |
|||||
|
2025 |
2024 |
artım (+), azalma (-) |
2025 |
2024 |
2025-ci il 2024-cü ilə nisbətən, faizlə |
|
| Təbii artımı |
77 |
150 |
-73 |
0,7 |
1,5 |
46,7 |
| Doğulanlar |
375 |
470 |
-95 |
3,6 |
4,6 |
78,3 |
| Ölənlər |
298 |
320 |
-22 |
2,9 |
3,1 |
93,5 |
| Nikahlar |
169 |
184 |
-15 |
1,6 |
1,8 |
88,9 |
| Boşanmalar |
105 |
166 |
-61 |
1,0 |
1,6 |
62,5 |
1) Əmsallar il üçün hesablanmışdır
*) ilkin məlumat və hesablama
2025-ci ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin şəhər qeydiyyat şöbəsi tərəfindən 169 nikah və 105 boşanma halları qeydə alınmış və 2024-cü ilin yanvar-iyun aylarına nisbətən əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 1,8-dən 1,6-ya, boşanmaların sayı isə 1,6-dan 1,0-a düşmüşdür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.