Mingəçevirdə 20254-ci ilin yanvar-iyun aylarında əmtəə bazarının əsas göstəriciləri
Pərakəndə ticarət dövriyyəsi
2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlak malları satışının 79,5 faizi və ya 221587,2 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,5 faizi və ya 57020,4 min manatı isə qeyri-ərzaq mallarının payına düşmüşdür. 2025-ci ilin yanvar-iyun aylarında əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 58246,2 min manatlıq əmtəə satılmış və digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 1349,5 min manat olmuşdur. Fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə satılmış malların məbləği 219011,9 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 5,6 faiz çox olmuşdur.

2025-ci ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 0,15 faizi dövlət və 99,85 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.