Hərbi Xidmətdə Yenilik
Milli Məclis qanun layihəsini birinci oxunuşda qəbul etdi – ehtiyatdan çağırılan və könüllü xidmətə daxil olan zabitlərin müddəti azaldılır.
Milli Məclisin bu gün keçirilən iclasında zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin qısaldılmasına dair qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, ehtiyatdan çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 6 ay azaldılacaq. Hazırda qüvvədə olan qanuna görə, ehtiyatdan çağırılan və ya könüllü xidmətə daxil olan zabitlər üçün dinc dövrdə xidmət 1 il 6 ay, bağlaşma üzrə könüllü xidmətə daxil olanlar üçün isə 3 il müddətində müəyyən edilib.
Yeni qanun layihəsinə əsasən, ehtiyatdan xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü daxil olan zabitlərin xidmət müddəti 1 ilə endirilir. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilə bilərlər. Bağlaşma əsasında xidmətə daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə xidmət müddəti 3 ilə qədər müəyyən edilir və bu müddət bitdikdən sonra yeni bağlaşma bağlana bilər.
Müzakirələrdən sonra sənəd birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.