Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kəlbəcərdə Tarixi Gün

İlk dəfə Kəlbəcərdə Şəhər Günü qeyd olunur

12

Noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü tədbiri keçirilir. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidentinin Kəlbəcər rayonundakı xüsusi nümayəndəliyi tərəfindən təşkil olunub.

Şəhər Günü çərçivəsində tamaşa nümayişləri, sərgilər, təsviri sənət üzrə ustad dərsləri, konsert proqramı və atəşfəşanlıq tədbirləri təşkil ediləcək.

Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan 44 günlük hərbi və siyasi uğurlar nəticəsində işğaldan azad edilmişdi.

Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.