Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əsas göstəriciləri

Mingəçevir şəhəri respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye mərkəzlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir.

9

Mingəçevir şəhəri respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye mərkəzlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir.

2025-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 739,3 min manat təşkil etmişdir ki, onun da 74,6 min manatı və ya 10,1 faizi bitkiçilik, 664,7 min manatı və ya 89,9 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 18,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 37,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 16,0 faiz az olmuşdur.

Bitkiçilik. Şəhərdə yaz-tarla işləri başa çatmışdır. 2025-ci ilin yanvar-iyun aylarında 12,0 hektar sahədə və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 88,1 faiz az yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 8,5 hektar sahədə tərəvəz və 3,5 hektar sahədə kartof əkilmişdir.

Yazlıq bitkilərin əkini 

Yanvar-iyun

2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə

2025 2024
Yaz əkininin əvvəlindən əkilmişdir 12,0 101,0 11,9
Keçən ilin payızlıq əkinini də daxil etməklə cari ilin kölgəliksiz çoxillik otlar əkini – cəmi 46,0 x
Dən üçün günəbaxan 40,0 x
Kartof 3,5 4,3 81,4
Tərəvəz 8,5 10,7 79,4

 2025-ci il iyul ayının 1-nə kimi tarlalardan 17,3 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 14,8 faiz az tərəvəz, 32,0 ton (17,9 faiz az) kartof, 13,8 ton (14,8 faiz az) meyvə və giləmeyvə yığılmışdır.

Heyvandarlıq. 2025-ci ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 20,0 ton ət, 493,3 ton süd, 70,0 min ədəd yumurta, 3,8 ton yun istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 24,5 faiz, süd istehsalı 23,4 faiz, yumurta istehsalı 20,5 faiz, yun istehsalı isə 11,6 faiz azalmışdır.

2025-ci ilin iyulun 1-i vəziyyətinə şəhər üzrə 2430 baş qoyun və keçi, 1278 baş iribuynuzlu mal-qara, o cümlədən 635 baş inək və camış mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində cəmi quşların sayı 1500 baş olmuşdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.