Müəllimlərin əməkhaqqı və motivasiyası artırılır
Yeni sistem müəllimlərin motivasiyasını və rifahını gücləndirəcək
“2027-ci ildə sertifikatlaşdırma prosesindən ikinci dəfə uğurla keçən müəllimlərin əməkhaqqısının artırılması üçün vahid əmsal tətbiqini nəzərdən keçiririk. Bu əmsal müəllimlərin maaşını əhəmiyyətli şəkildə yüksəltməlidir”, – bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında çıxış edərkən bildirib.
Nazir əlavə edib ki, yalnız 10 faiz artımın verilməsi müəllimin həyatında ciddi dəyişiklik yaratmayacaq: “Eyni müəllimi ikinci dəfə imtahan edib yenə 10 faiz maaş artırmaq heç bir fərq yaratmır. Məqsəd müəllimi sertifikatlaşdırma prosesinə həvəsləndirmək və onun peşəkar inkişafını təmin etməkdir”.
O vurğulayıb ki, təklif olunan yeni əməkhaqqı mexanizmi müəllimlərin nüfuzunu artırmaq, rifahını yaxşılaşdırmaq və iş şəraitini təkmilləşdirmək üçün nəzərdə tutulub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.