Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“ƏDV geri al” genişlənir – Vətəndaşlara daha çox vəsait qaytarılacaq

Gələn ildən gözəllik salonları, bərbərxanalar və kosmetoloji xidmətlər də mexanizmə daxil ediləcək, şəffaflığın artırılması və nağdsız ödənişlərin stimullaşdırılması hədəflənir.

29

Gələn ildən vətəndaşların “ƏDV geri al” proqramı çərçivəsində daha çox məbləğ alması nəzərdə tutulur. Vergi Məcəlləsinə bu istiqamətdə təklif olunan dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirədən keçərək plenar iclasa təqdim edilib.

Deputat Vüqar Bayramovun sözlərinə görə, yeniliklər qüvvəyə mindikdən sonra “ƏDV geri al” mexanizminin əhatə dairəsi genişlənəcək. Xüsusilə bərbərxana, gözəllik salonları və kosmetoloji xidmətlər də bu sistemə daxil ediləcək. Nəticədə, həmin xidmətlərdən yararlanan vətəndaşlar ödədikləri ƏDV-nin müəyyən hissəsini geri qaytara biləcəklər.

Deputat əlavə edib ki, bu dəyişikliklərin əsas məqsədi xidmət sektorunda şəffaflığın artırılması və nağdsız ödənişlərin daha da stimullaşdırılmasıdır. “Bu yanaşma həm istehlakçıların ödədiklərinin bir qismi geri almasına şərait yaradacaq, həm də həmin sahələrdə qeyri-rəsmi iqtisadiyyatın azalmasına ciddi təsir göstərəcək”, – deyə Bayramov bildirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.