AZAL-da Təhlükəsizlik Yeniləndi
20 noyabrdan etibarən sərnişinlər yalnız müəyyən tutumlu cihazları təyyarədə daşıya və istifadə edə biləcək; təhlükəsizlik standartlarına uyğun qaydalar qüvvəyə minir
Azərbaycan Hava Yolları (AZAL) 20 noyabrdan etibarən portativ şarj cihazlarının (“powerbank”) təyyarələrdə daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.
Yeni qaydalar litium-ion batareyalarla işləyən cihazların yaratdığı riskləri minimuma endirməyə yönəlib və beynəlxalq mülki aviasiya standartlarına uyğundur.
Əsas tələblər:
-
Təyyarə salonunda powerbank-dan istifadə qadağandır;
-
Onları təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
-
Yuxarı baqaj rəflərində saxlamaq qadağandır – cihaz sərnişinin yanında olmalıdır;
-
Yalnız nominal tutumu 100 vat/saatadək bir ədəd cihaz daşına bilər; 100-160 vat/saat tutumlu cihazlar yalnız aviaşirkətin əvvəlcədən razılığı ilə daşına bilər; qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.
Sərnişinlərə tövsiyə olunur ki, powerbank nasaz olduqda – qızma, korpus deformasiya və ya kənar qoxu müşahidə edilərsə, dərhal ekipaja məlumat versinlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.