Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir su anbarına 25 min sazan balığı buraxıldı

Su bioresurslarının bərpası, ceyran populyasiyasının artırılması və ağacəkmə aksiyaları ətraf mühitin qorunmasına töhfə verir

24

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva Mingəçevirə səfəri zamanı bir sıra ekoloji təşəbbüslərdə iştirak edib.

Səfərin əvvəlində Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min ədəd sazan balığı buraxılıb. Bu aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunması məqsədini daşıyır.

Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığında həyata keçirilən reintroduksiya prosesinə qatılıb. Yasaqlığa Şirvan Milli Parkından gətirilmiş 10 baş ceyran buraxılıb. Ceyranların köçürülməsi mövcud populyasiyada gen dözümlülüyünü artırmaq, xəstəliklərin qarşısını almaq və sağlam ceyran nəslinin formalaşdırılmasına xidmət edir. Hazırda Korçay Yasaqlığında ceyranların sayı 810 başa çatıb.

Səfər proqramı çərçivəsində Mingəçevirdə ağacəkmə aksiyası da keçirilib. Leyla Əliyevanın iştirakı ilə 100 nəfər könüllü Eldar şamı və sərvdən ibarət 200 ağac əkib. Bu ağac növləri quraqlığa davamlıdır və regionun torpaq-iqlim şəraitinə uyğun olaraq yaşıllıq zolağının genişləndirilməsinə töhfə verir.

Bu ekoloji təşəbbüslər IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin qorunması və biomüxtəlifliyin artırılması istiqamətində mütəmadi həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.