Paytaxt Kişinyovda “Rus Evi”nin ləğvi məsələsinin müzakirə olunduğu Moldova parlamentinin iclasına Rusiya icmasının nümayəndələri daxil ola bilməyib. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, noyabrın 5-də Moldova hökuməti Kişinyovda “Rus Evi”nin fəaliyyətinə dair sazişi ləğv edən qanun layihəsini təsdiqləmişdi.
Rusiya və Moldova arasında münasibətlər 2021-ci ildə Kişinyovda hakimiyyət dəyişikliyindən sonra pisləşməyə başlayıb. 2023-cü ildə bir sıra rusiyalı diplomat ölkədən çıxarılıb, “Rus Evi”ndə isə yalnız bir ezam olunmuş işçi qalıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.