Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Demoqrafik xəbərdarlıq

Azərbaycanda sürətli yaşlanma: Gənclərin sayı azalır, pensiya yükü artır

32

Son 10 ildə Azərbaycanın əhali strukturu əhəmiyyətli dəyişikliklər göstərir. Hesablama Palatasının məlumatına görə, yaşlıların (65+) sayı sürətlə artır, gənc nəsil isə kifayət qədər çoxalmır.

Əmək qabiliyyətli yaşda olan hər 100 nəfərə düşən 65+ yaşlıların sayı belədir: 2021-ci il – 12,7, 2022 – 13,6, 2023 – 14,7, 2024 – 16 nəfər. Bu isə pensiya sisteminə düşən təzyiqin artırdığını göstərir.

Eyni dövrdə 0–19 yaşlıların payı 30%-dən 28,2%-ə düşüb, 65+ yaşlıların sayı isə 77,4% artıb. Yeni doğulan uşaqların sayı 38,5% azalıb, nikahlar 27,1% azalıb, boşanmalar isə 68,9% artıb.

Demoqrafik dəyişikliklər gələcəkdə əmək bazarına, sosial təminata və pensiya xərclərinə ciddi təsir göstərəcək. Statistikalar göstərir ki, 2024–2025-ci illərdə pensiyaçıların təxminən 70%-i 65 yaşdan yuxarı şəxslərdən ibarət olub.

Mütəxəssislər bildirirlər ki, bu sürətli yaşlanma tendensiyası sosial siyasət və dövlət büdcəsinin uzunmüddətli planlaşdırılmasını zəruri edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.