Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yeni dini icma Azərbaycanda fəaliyyətə başlayır

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı bu gün keçiriləcək

15

ABŞ mənşəli İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda rəsmi qeydiyyata alınıb. Bu münasibətlə bu gün kilsənin Bakı ofisinin açılış mərasimi keçiriləcək.

Hazırda ölkəmizdə səfərdə olan kilsə nümayəndə heyətini Prezident İlham Əliyev qəbul edib.

Heyətə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen, eləcə də Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.

Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin əsası 1830-cu ildə ABŞ-da Cozef Smit tərəfindən qoyulub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.