Neft bazarında dəyişiklik
"Azeri Light" markalı neftin 1 barelinin qiyməti 2,35 dollar geriləyərək 65,43 dollara düşüb.
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,35 ABŞ dolları və ya 3,47 faiz ucuzlaşaraq 65,43 ABŞ dolları olub.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Qeyd edək ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda — 149,66 ABŞ dolları təşkil edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.