Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rəsmi təyinat

Elşən Həsənli Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

8

Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni başçısı olub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsində çalışıb. O, 2006-cı ildə Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, 2019-cu ildə isə “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

2012-2014-cü illərdə Həsənli Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətində baş məsləhətçi, 2014-2022-ci illərdə isə Sabunçu Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. 2022-ci ildən Sabunçu Rayon İcra Hakimiyyətində başçının birinci müavini vəzifəsini tutub.

Elşən Həsənli Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.