Mingəçevirin 77 yaşı qeyd olundu – “Nur şəhəri” bayram ab-havasında
Şəhərin quruculuq tarixindən bu günün sənaye və turizm mərkəzinə uzanan yol
Mingəçevir şəhərinin 77 illik yubileyi geniş şəkildə qeyd olunub. “Nur şəhəri”nin sakinləri doğma Mingəçevirin ad gününü bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar.
Tədbirlər Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı sərgi ilə başlayıb. Ziyarətçilərə müasir Mingəçevirin formalaşma tarixini əks etdirən nadir fotolar və arxiv materialları təqdim edilib.
Daha sonra Mingəçevir Dövlət Dram Teatrında rəsmi mərasim keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə və digər qonaqlar çıxış edərək Mingəçevirin tarixi inkişaf yolundan və bugünkü nailiyyətlərindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, Mingəçevirin sənaye, enerji və turizm mərkəzinə çevrilməsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük xidmətləri olub.
Tədbirdə müxtəlif sahələrdə fərqlənən şəxslər təltif edilib, sonda yerli və paytaxtdan gələn incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Bayram gecəsi şəhər sakinlərinin sevinci və atəşfəşanlıqla başa çatıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.