Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bəzi bölgələrdə ətin qiymətində azalma müşahidə olunur

Dabaq xəstəliyi və idxal amili bazarda qiymət enişinə təsir edib

47

Azərbaycanda bir sıra bölgələrdə mal və quzu ətinin qiymətində enmə qeydə alınıb. Satıcılar bildirirlər ki, son günlərdə ətin qiyməti orta hesabla 1–2 manat ucuzlaşıb.

Məlumata görə, heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər bazarda ətə olan tələbatı azaldıb. Bu isə qiymətlərin aşağı düşməsinə səbəb olub.

Məsələn, Tovuz rayonunda iri və xırdabuynuzlu heyvan ətinin qiymətində nəzərəçarpacaq azalma müşahidə olunur. Əvvəllər 1 kiloqramı 17 manata satılan mal əti indi 15 manata, quzu əti isə 20 manatdan 18 manata enib.

Oxşar vəziyyət Cəlilabad rayonunda da qeydə alınıb. Burada mal ətinin kiloqramı əvvəllər 16–16,5 manat olduğu halda, hazırda 15 manata təklif olunur. Satıcıların sözlərinə görə, qiymət düşməsinə baxmayaraq, alıcı sayı hələ də azdır.

Ticarətçilər bildirirlər ki, qiymət enməsinə yalnız xəstəliklə bağlı tələbatın azalması deyil, eyni zamanda ölkəyə gətirilən ucuz idxal ətləri də təsir göstərib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.