Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Direktorların işə qəbulunda yeni mərhələ başlayır

Namizədlərin pedaqoji səriştələri və əvvəlki fəaliyyət göstəriciləri əsas meyar olacaq

22

Artıq məktəb direktorlarının işə qəbulu prosesi yenilənmiş qaydalarla həyata keçiriləcək. Əvvəlki illərdə bir neçə mərhələdən ibarət olan seçim mexanizmi indi daha çox pedaqoji səriştələrinəvvəlki qiymətləndirmə nəticələrinin nəzərə alınması ilə aparılacaq.

Bu barədə məlumatı Məktəbdənkənar və Ümumi Təhsil Dəstək Agentliyinin (MÜTDA) İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli İTV-yə açıqlamasında verib.

Onun sözlərinə görə, yeni mərhələdə direktor vəzifəsinə namizədlər əvvəlcə vakansiya seçimi aparır, daha sonra isə müsahibə mərhələsinə dəvət olunurlar.

“Hazırda namizədlərin vakansiya seçimi davam edir. Bu mərhələdən sonra onlar əvvəlcədən müəyyən edilmiş ardıcıllığa əsasən müsahibəyə çağırılacaqlar. Proses yalnız müsahibə mərhələsindən ibarət olacaq,” — deyə Nurlan İsmayılbəyli bildirib.

Rəsmi şəxs həmçinin qeyd edib ki, müsahibədən uğur qazana bilməyən namizədlər növbəti elan ediləcək vakansiyalarda yenidən iştirak edə biləcəklər:

“Əgər namizəd bu mərhələdə müsbət nəticə əldə etməsə, növbəti seçim proseslərinə qatılmaq imkanı açıq qalacaq.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.