Budapeşt sülh masası ola bilər
Macarıstan rəsmisi: Əgər Putin və Tramp razılığa gəlsələr, sülh imzası Budapeştdə atılacaq
Rusiya və Ukrayna arasında mümkün sülh razılaşmasının Budapeştdə imzalanacağı ehtimal edilir. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.
Nazirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında planlaşdırılan görüşün dəqiq tarixi hələlik bəlli olmasa da, tərəflər Ukrayna münaqişəsinə son qoymaq istiqamətində razılıq əldə edə bilərlər.
Peter Siyarto bildirib ki, Amerika lideri sülh təşəbbüslərini davam etdirməkdə qərarlıdır:
“Əgər Rusiya və ABŞ prezidentləri üç ildən artıqdır davam edən müharibəyə son qoyacaq bir razılaşmaya nail olsalar, bu zirvə Budapeştdə baş tuta bilər,” – deyə o qeyd edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.