YAŞAT Fondundan şəhid ailələrinə xüsusi dəstək
Hər bir körpənin adına 5000 manatlıq hesab açılıb, analara 1000 manat təqdim olunur
Azərbaycanda Vətən müharibəsindən sonra 120 şəhid övladı dünyaya gəlib.
Bu barədə məlumatı YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov açıqlayıb. Onun sözlərinə görə, bu uşaqlar heç vaxt atalarını görməsələr də, dövlətin və cəmiyyətin daim diqqətində olacaqlar:
“Bütün şəhid övladları və qazilər bizə əmanətdir,” – deyə Elvin Hüseynov bildirib.
YAŞAT Fondu tərəfindən həyata keçirilən xüsusi layihə çərçivəsində dünyaya gələn hər bir şəhid övladının zəruri xərcləri Fond tərəfindən qarşılanır.
Bu məqsədlə analara 1000 manat birdəfəlik vəsait təqdim edilir, həmçinin körpələrin adına 5000 manatlıq bank hesabı açılır. Həmin məbləğ Fonda edilən ianələr hesabına formalaşır və illər ərzində faizlə artırılacaq.
Şəhid övladları 18 yaşına çatdıqda, həmin vəsaiti öz hesablarından istifadə edə biləcəklər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.