Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Donald Tramp “Zəngəzur dəhlizi”nə bənzər yeni “Tramp marşrutu”ndan danışdı

ABŞ prezidenti layihəni beynəlxalq sülh və iqtisadi əməkdaşlıq üçün “tarixi addım” adlandırdı

15

ABŞ Prezidenti Donald Tramp beynəlxalq əhəmiyyətli yeni nəqliyyat dəhlizi – TRIPP layihəsi (beynəlxalq sülh və rifah üçün “Tramp marşrutu”) barədə açıqlama verib.

O, məsələni “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında keçirilən görüş zamanı gündəmə gətirib. Tramp bildirib ki, layihə Xəzər dənizi regionunda ticarət əlaqələrinin genişlənməsini və Orta Asiya ölkələrinin iqtisadi inkişafını dəstəkləmək məqsədi daşıyır.

Prezidentin sözlərinə görə, bu marşrutun reallaşması Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi razılaşma nəticəsində mümkün olub.

“Bu tarixi saziş yeni bir ‘Tramp marşrutu’ yaradır. Bu, həqiqətən heyrətamizdir. Azərbaycan və Ermənistan bu layihəyə mənim adımı veriblər və bunu yüksək qiymətləndirirəm. Bu marşrut sülhün və iqtisadi tərəqqinin yoludur”, – Tramp vurğulayıb.

O əlavə edib ki, “Tramp marşrutu” region xalqları arasında əməkdaşlığı dərinləşdirəcək və Xəzər dənizi boyunca ticarət həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, Donald Tramp ötən gün Ağ Evdə keçirilən “C5+1” sammiti çərçivəsində Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentlərini qəbul edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.