Qadın sobanın üzərinə yıxılaraq həyatını itirdi
Hadisə Cəbrayıldan olan məcburi köçkünlərin yaşadığı qəsəbədə baş verib
Biləsuvar rayonunda baş verən bədbəxt hadisə insan itkisi ilə nəticələnib. Rayonun Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış 8 saylı qəsəbəsində yaşayan Məkurə Gülənova ehtiyatsızlıq nəticəsində sobanın üzərinə yıxılıb.
Hadisə zamanı qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və həyatını itirib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.