Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Daxili İşlər Nazirliyindən vətəndaşlara böyük rahatlıq

DİN “E-Polis” və “e-xidmet.mia.gov.az” portalında arayış sistemini tam avtomatlaşdıraraq, növbə və sənəd daşınması prosesini aradan qaldırdı.

27

Vətəndaş məmnunluğunu artırmaq və xidmətlərin daha çevik göstərilməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyi elektron xidmətlərini təkmilləşdirməyə davam edir. Artıq “E-Polis” mobil tətbiqində və “e-xidmet.mia.gov.az” portalında “Məhkumluq haqqında arayış” gücləndirilmiş elektron imza ilə cəmi bir neçə saniyə ərzində elektron qaydada əldə edilə bilər.

Əvvəllər bu arayış üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması səbəbindən vətəndaşlar bir neçə saat, bəzən isə günlərlə növbədə gözləməli olurdular. Yeni sistem sayəsində isə proses tam avtomatlaşdırılıb, fiziki növbələr və sənəd daşınması aradan qaldırılıb.

Bu yenilik həm dövlət orqanları arasında məlumat mübadiləsini sürətləndirir, həm də xidmətlərin şəffaflığını və operativliyini artırır. Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçid istiqamətində daha bir mühüm addım ataraq, vətəndaş rahatlığını ön planda saxlayan innovativ yanaşmasını davam etdirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.