Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Səhiyyədə rəqəmsal yenilik

“e-Tabib” vasitəsilə təcili yardım çağırmaq və ambulansın çatma vaxtını izləmək mümkün olacaq.

8

“e-Tabib”də “103 xidməti” yaxın zamanda istifadəyə veriləcək

Bir neçə həftə ərzində “e-Tabib” mobil tətbiqində “103 xidməti” istifadəyə veriləcək. Bu barədə məlumatı TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” çərçivəsində bildirib.

Onun sözlərinə görə, yeni sistemin tətbiqi ilə təcili tibbi yardım xidmətinin 90 faizi elektronlaşdırılacaq. “Yeni xidmət vasitəsilə vətəndaşlar təcili yardımı birbaşa tətbiq üzərindən çağırmaqla yanaşı, xəstəxanalar da ambulansın təxmini çatma vaxtını onlayn izləyə biləcəklər,” – deyə E. Məmmədli vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.