Səhiyyədə rəqəmsal dönüş davam edir
TƏBİB yaxın zamanda bütün regionlarda elektron qeydiyyat və növbə sisteminin tətbiq olunacağını açıqlayıb.
Azərbaycanda poliklinikalarda elektron növbə sisteminin tətbiqi istiqamətində işlər sürətlə aparılır.
Bu barədə TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlama verib. O bildirib ki, artıq bir çox tibb müəssisəsində elektron növbə konsepti fəaliyyətə başlayıb:
“Bu sistemin tətbiqi tibb xidmətlərində şəffaflığı artıracaq və vətəndaşlara daha rahat şəkildə qeydiyyatdan keçib həkim qəbuluna yazılmaq imkanı yaradacaq. Tədricən bu layihə bütün ölkəni əhatə edəcək,” – deyə A.İsrafilov vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.