Nazir və komitə sədrləri bölgələrə gedir
Noyabr ayında 25 yüksək vəzifəli şəxs vətəndaşlarla görüşəcək
Noyabr ayında nazir və komitə sədrləri regionlarda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin noyabr ayında ölkənin müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu keçiriləcək. Qəbul zamanı vətəndaşların müraciətləri yerində dinləniləcək və həlli üçün müvafiq tədbirlər görüləcək.
Aşağıda noyabr ayı üzrə qəbul cədvəli təqdim olunur:
| № | Rəhbər | Şəhər/Rayon | Əhatə olunan ərazilər | Qəbul tarixi |
|---|---|---|---|---|
| 1 | Daxili işlər naziri Vilayət Eyvazov | Kürdəmir | Kürdəmir, Ucar, Göyçay, Ağsu, Ağdaş, Hacıqabul, Şirvan | 1 noyabr |
| 2 | DQİDK sədri Ramin Məmmədov | Naxçıvan | Naxçıvan MR ərazisi | 3 noyabr |
| 3 | Baş prokuror Kamran Əliyev | Abşeron | Abşeron, Zəngilan | 4 noyabr |
| 4 | DGK sədri Şahin Bağırov | Quba | Quba, Qusar, Xaçmaz, Şabran | 6 noyabr |
| 5 | Ədliyyə naziri Fərid Əhmədov | Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı | 7 noyabr |
| 6 | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Beyləqan | Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd | 13 noyabr |
| 7 | Gənclər və idman naziri Fərid Qayıbov | Gəncə | Gəncə, Samux, Kəlbəcər | 14 noyabr |
| 8 | FHN naziri Kəmaləddin Heydərov | Zərdab | Zərdab, Ucar, Kürdəmir | 14 noyabr |
| 9 | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Sumqayıt | Sumqayıt | 14 noyabr |
| 10 | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Biləsuvar | Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul | 14 noyabr |
| 11 | AQUPDK sədri Bahar Muradova | Naftalan | Naftalan, Goranboy, Xocalı | 14 noyabr |
| 12 | Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov | Mingəçevir | Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir | 14 noyabr |
| 13 | İTSDA sədri Zaur Əliyev | Göygöl | Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Xocalı | 14 noyabr |
| 14 | “Azərişıq” ASC sədri Vüqar Əhmədov | Bərdə | Bərdə, Tərtər | 14 noyabr |
| 15 | Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Şəmkir | Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz | 19 noyabr |
| 16 | Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Yevlax | Yevlax, Mingəçevir | 21 noyabr |
| 17 | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Zərdab | Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir | 21 noyabr |
| 18 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitə sədri Rövşən Rzayev | Biləsuvar | Biləsuvar, Cəbrayıl | 24 noyabr |
| 19 | Elm və təhsil naziri Emin Əmrullayev | Naxçıvan | Naxçıvan MR ərazisi | 28 noyabr |
| 20 | Energetika naziri Pərviz Şahbazov | Xızı | Xızı, Siyəzən, Şabran, Sumqayıt, Abşeron | 28 noyabr |
| 21 | Əmək və sosial müdafiə naziri Anar Əliyev | İmişli | İmişli, Beyləqan | 28 noyabr |
| 22 | Mədəniyyət naziri Adil Kərimli | Ağdam (Quzanlı) | Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın | 28 noyabr |
| 23 | “Azəravtoyol” sədri Saleh Məmmədov | Astara | Astara, Lənkəran, Lerik | 28 noyabr |
| 24 | “Azəristiliktəchizat” ASC sədri İlham Mirzəliyev | Bərdə | Bərdə, Tərtər | 28 noyabr |
| 25 | “Azəriqaz” İB baş direktoru Azər Məmmədov | Zaqatala | Zaqatala, Balakən | 28 noyabr |
Vətəndaşların qəbulu saat 10:00-da başlayacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.