2026-cı ildə gənc müəllimlərin kənd məktəblərinə cəlb olunmasını stimullaşdırmaq məqsədilə onların əməkhaqqına əlavə ödənişlər nəzərdə tutulur. Bunun üçün dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılacaq.
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən artıq gənc mütəxəssis kənd rayonlarındakı ümumtəhsil məktəblərinə işə cəlb olunacaq.
Vəsait müəllimlərin stimullaşdırılması üçün onların yol xərcləri, əmlakın daşınması, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətlər və kirayə haqqına yönəldiləcək. Hesablamalara görə, kənd məktəblərində çalışacaq hər bir gənc müəllim il ərzində orta hesabla maaşından əlavə 2 min manat əldə edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.