Erməni politoloqdan səs-küylü açıqlama
Alen Qevondyan: İrəvan etiraz etsə də, hər şey Bakı və Ankaranın planına uyğun gedir
Erməni politoloq Alen Qevondyan Zəngəzur dəhlizinin 2026-cı ildə istifadəyə veriləcəyini bildirib. O deyib ki, İrəvan “Zəngəzur dəhlizi” ifadəsinə etiraz etsə də, hadisələrin gedişi Bakı və Ankaranın planına uyğun şəkildə inkişaf edir.
Qevondyanın sözlərinə görə, Vaşinqtonda sənədlərin imzalanmasından sonra baş verən proseslər göstərdi ki, həmin sənədlər hələ yekun qərar anlamına gəlmir və əsas istiqaməti Bakı ilə Ankara müəyyənləşdirir. O əlavə edib ki, ABŞ-ın prezidenti Donald Trampın son açıqlamaları və Prezident İlham Əliyevin BMT, Türk Dövlətləri Təşkilatı sammiti və digər beynəlxalq platformalarda səsləndirdiyi bəyanatlar bu reallığı təsdiqləyir.
Politoloq qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan üçün əsas məsələ dəhlizin verilib-verilməməsində deyil, bu mövzunun ictimai müzakirəyə çıxarılma vaxtındadır. Onun fikrincə, Paşinyan seçkilərə qədər bu məsələnin gündəmdə qalmasını istəmir, lakin seçkilərdən sonra şəxsən Zəngəzur dəhlizinin açılışında iştirak edərək qırmızı lenti kəsəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.