Təhsil xəbərləri
I sinfə qəbul prosesi bu gün başa çatır – valideynlər portala müraciət etməyi unutmasın
2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikmiş uşaqların qeydiyyat prosesi bu gün başa çatır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-dək mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini edə bilərlər.
Portal vasitəsilə sorğu yerləşdirən valideynlər isə müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının qəbulunu yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə artıq I sinfə 130 mindən çox uşaq qəbul olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.