Azərbaycan tibbi turizmində yeni dövrə qədəm qoyur
TƏBİB vətəndaşların yüksək səviyyəli tibbi xidmətləri ölkə daxilində almasını təmin edir və əcnəbilər üçün tibbi turizmi inkişaf etdirir
TƏBİB vətəndaşların tibbi xidmətlər üçün xaricə üz tutmaması üçün xəstəxanaların infrastrukturunu gücləndirir, maddi-texniki bazanı təkmilləşdirir və kadr potensialını artırır. Bu barədə II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı”nda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, artıq xaricdə təhsil almış azərbaycanlı həkimlər ölkəyə qayıdaraq xəstəxanalarda yüksək səviyyəli tibbi xidmət göstərirlər. Bu təcrübə həm yerli vətəndaşlara, həm də əcnəbilərə göstərilən xidmətin keyfiyyətini artırır.
Murad Mirzəyev həmçinin bildirib ki, Dövlət Turizm Agentliyi ilə birgə ölkənin tibbi turizm potensialını genişləndirmək məqsədilə strategiya hazırlanıb. Gələn ilin mart ayında müəyyən ölkələrdən media nümayəndələri və tur operatorlar Azərbaycana dəvət ediləcək, onlar TƏBİB və özəl xəstəxanaların imkanlarını yerində görəcəklər. Səfərdən sonra bu təcrübələr öz ölkələrində yayılaraq Azərbaycanın tibbi turizminin tanıdılmasına töhfə verəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.