Dövlət qulluğuna qəbul imtahanı yaxınlaşır
İmtahan saat 11:00-da başlayacaq, 10:45-dən sonra gələnlər zala buraxılmayacaq.
Oktyabrın 16-da Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin B növü üzrə BB qrupunda dövlət qulluğuna qəbul imtahanı təşkil edəcək.
Mərkəzdən verilən məlumata görə, imtahanda 550 namizəd iştirak edəcək. Qeyd olunur ki, imtahan saat 11:00-da başlayacaq, lakin 10:45-dən sonra gələn şəxslər zala buraxılmayacaq.
Prosesin şəffaf və qaydalara uyğun keçirilməsi üçün 7 imtahan rəhbəri, 34 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı imtahanlara cəlb olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.