Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə avtovağzal rəhbərinin qəfil ölümü

Şəhər avtovağzalının icraçı direktoru Coşqun Rəhimov iş otağında həyatını itirib

52

Mingəçevirdə avtovağzalın icraçı direktoru Coşqun Rəhimov qəfil vəfat edib. Hadisə bu gün şəhər avtovağzalında baş verib.

Əməkdaşlar onun uzun müddət istirahət otağından çıxmadığını görəndə narahat olublar. Qapı açıldıqda Rəhimovun huşsuz vəziyyətdə yerə yıxıldığı aşkarlanıb. Dərhal Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə məlumat verilib.

Hadisə yerinə çatan təcili tibbi yardım briqadası 1976-cı il təvəllüdlü Coşqun Rəhimovun həkiməqədər ölüm faktını qeydə alıb.

Məlum olub ki, icraçı direktor avtovağzal kompleksinə məxsus hotelin daimi istirahət otağında tək olub. Uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkən Rəhimovun vəziyyəti qəfil pisləşib. O, telefonla kiməsə zəng edərək kömək çağırmaq istəyib, lakin gücü çatmadığından qapıya yaxınlaşarkən yerə yıxılıb və həyatını itirib.

İlkin məlumata görə, ölümə səbəb ürək dayanmasıdır. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum Coşqun Rəhimov Mingəçevir Avtovağzalının sahibi, mərhum Tofiq Rəhimovun oğludur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.