Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Noyabrda dörd günlük istirahət: ardıcıl bayram tətili gəlir

Zəfər və Bayraq Günləri həftəsonuna təsadüf etdiyi üçün noyabrda ardıcıl dörd gün qeyri-iş günü olacaq.

15

Gələn ay Azərbaycanda ardıcıl dörd gün iş olmayacaq.

Belə ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, bu səbəbdən 10 və 11 noyabr tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, vətəndaşlar noyabrın 8-dən 11-dək — cəmi dörd gün fasiləsiz istirahət edə biləcəklər.

Qeyd edək ki, 12 noyabr – Konstitusiya Günü17 noyabr – Milli Dirçəliş Günü rəsmi təqvimdə iş günü kimi saxlanılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.