Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Elmi idarəetmədə yeni mərhələ — institutlar birləşdirilir, sistem yenilənir

Nazirlər Kabineti elm sahəsində optimallaşdırma qərarı qəbul edib

11

Azərbaycanda elmi müəssisələrin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə elmi idarəetmə sistemində struktur islahatları həyata keçirilir. Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin tabeliyində yeni institutların yaradılmasına dair qərar qəbul edib.

Qərar Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli sərəncamının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, bir sıra mövcud elmi institutlar birləşdirilərərək yeni publik hüquqi şəxslər kimi formalaşdırılıb. Beləliklə, Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlərin Tədqiqi və Molekulyar Biologiya institutları yaradılıb.

Eyni zamanda, bəzi elmi müəssisələrin tabelik strukturu dəyişdirilib. Polimer Materialları İnstitutu bundan sonra Sumqayıt Dövlət Universitetinin, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Aqrar Problemlər İnstitutuNəbatat Bağı (hamısı Gəncə şəhərində) isə Gəncə Dövlət Universitetinin tabeliyinə verilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutuBatabat Astrofizika Rəsədxanası da Naxçıvan Dövlət Universitetinin tərkibinə daxil edilib.

Nazirlər Kabinetinin qərarına görə, yeni yaradılmış institutların nizamnamələri iki ay ərzində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənəcək, daha sonra isə bu qurumların dövlət qeydiyyatına alınması təmin olunacaq.

Bu addımın məqsədi elmi potensialın daha düzgün yönləndirilməsi, idarəetmədə çevikliyin artırılması və elmi-tədqiqat fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.