“Gürcü Arzusu” bələdiyyə seçkilərində qələbəsini elan etdi
Hakim partiyanın qərargahı qarşısında etiraz aksiyası gözlənilir
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bələdiyyə seçkilərinin nəticələrinə əsasən bütün bələdiyyələrdə ilk turdan qalib gəldiyini açıqlayıb.
Partiyanın rəhbərliyi bu münasibətlə paytaxt Tbilisidə yerləşən baş qərargahda toplaşıb. Məlumata görə, tədbirdə partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili də iştirak edib.
Eyni zamanda, şəhərdə siyasi gərginlik müşahidə olunur. Etirazçılar “Gürcü Arzusu”nun mərkəzi ofisinə yürüş etməyə hazırlaşır, ərazidə isə polis qüvvələri səfərbər olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.