Türkmənistan Füzulidə məscid inşa edəcək
Layihə Qurbanqulu Berdımuhamedov adına fond tərəfindən maliyyələşdiriləcək
Füzulidə Türkmənistan tərəfindən inşa olunacaq məscidlə bağlı yeni detallar açıqlanıb.
Məlumata görə, layihənin maliyyələşdirilməsi Türkmənistanın Qurbanqulu Berdımuhamedov adına Uşaq xeyriyyə fondu tərəfindən həyata keçiriləcək. Tikinti işləri isə Türkmənistanın “Aga-gurluşyk” şirkətinə həvalə olunub.
Xatırladaq ki, məscid ideyası Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımuhamedovun 2025-ci ilin iyulunda Azərbaycana səfəri zamanı irəli sürülüb. Daha sonra Prezident İlham Əliyev avqust ayında çıxışında Füzulidə Türkmənistan tərəfindən məscid tikiləcəyini bəyan edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.