Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Balacalar üçün böyük başlanğıc: bağçalara növbəyə yazılma başladı

Bağçalara qəbul prosesi elektron formada davam edir

19

Valideynlər https://bq.edu.az/ portalı vasitəsilə övladlarını seçilmiş bağçalara qeydiyyatdan keçirə biləcəklər

Bu gündən saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, qəbul prosesi https://bq.edu.az/ portalı üzərindən yalnız elektron qaydada aparılır. Valideynlər övladları üçün maksimum üç bağçanı seçə bilirlər.

Mövcud növbələrin boş yer olduğu halda sorğunun qəbul olunması minimum beş gündən sonra mümkün olacaq. Eyni zamanda qeyd olunub ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu il boyu davam etdiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.