Azərbaycan üzgüçüsü III MDB Oyunlarında qızıl medala sahib çıxdı
Süleyman İsmayılzadə 400 metr məsafədə rəqiblərinə şans vermədi
Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarında medal kolleksiyasını zənginləndirməkdə davam edir.
Üzgüçülük yarışlarında çıxış edən Süleyman İsmayılzadə sərbəst üsulla 400 metr məsafəyə üzmədə bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.