Kür çayında təhlükəsizlik nəzarətdə – DİN-in katerləri fasiləsiz xidmətdə
III MDB Oyunlarının avarçəkmə yarışları zamanı təhlükəsizliyin təmin olunması üçün gücləndirilmiş rejim tətbiq edilib
III MDB Oyunları ilə əlaqədar Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin tam təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kür çayında gücləndirilmiş rejimdə xidmət aparırlar.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb olunub. Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, mümkün hüquqazidd əməllərin qarşısının vaxtında alınması və köməyə ehtiyacı olan şəxslərə dərhal yardım göstərilməsi istiqamətində fasiləsiz fəaliyyət göstərirlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.