III MDB Oyunlarında təhlükəsizlik tədbirləri gücləndirildi
FHN həm təhlükəsizlik nəzarətini, həm də maarifləndirici tədbirləri gücləndirib.
Azərbaycanda keçirilən III MDB Oyunlarının təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyi xüsusi tədbirlər görüb. Yarışların keçirildiyi məkanlarda və onların ətrafında fövqəladə hallar və yanğın risklərinin qarşısının alınması, həmçinin mümkün insidentlərin operativ aradan qaldırılması üçün Nazirliyin qüvvələri gücləndirilmiş iş rejimində fasiləsiz xidmət göstərirlər.
Eyni zamanda, müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığı, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsizliyi, yanğın və nüvə təhlükəsizliyi ilə bağlı mütəxəssislər tərəfindən davamlı monitorinqlər həyata keçirilir.
Bununla yanaşı, Oyunlara hazırlıq dövründə Nazirliyin strukturları tərəfindən yarışların təşkil olunduğu şəhər və rayonlarda yerləşən mehmanxana, iaşə, mədəniyyət və ticarət obyektlərində, həmçinin tibb müəssisələrində yanğın və texniki təhlükəsizlik mövzusunda maarifləndirmə işləri aparılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.