II MDB Oyunları: Azərbaycan üzgüçülərindən qızıl və bürünc sevinci
Oqtay Hüseynov qızıl medal qazandı, Yeqor Maynitskiy isə bürünclə ölkəmizi sevindirdi
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən üzgüçülük yarışlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər.
400 metr məsafədə qarışıq üsulla üzməkdə millimizin üzvü Oqtay Hüseynov birinci yeri tutaraq qızıl medal qazanıb. İkinciliyə rusiyalı İlya Yamşanov, üçüncülüyə isə belaruslu Maksim Malışka layiq görülüb.
Digər məsafədə də təmsilçimiz medal sevinci yaşadıb. 200 metr bras üsulu ilə üzmək yarışında Yeqor Maynitskiy üçüncü yeri tutaraq bürünc medal əldə edib. Bu kateqoriyada İlya Yamşanov qızıl, Maksim Malışka isə gümüş medal qazanıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.