Mingəçevirdə Eyni Gün İki Yol Qəzası
Yük maşını ilə minik avtomobilinin toqquşması hərəkəti çətinləşdirib, şəhər mərkəzində isə xəsarətsiz qəza baş verib.
Mingəçevirdə qısa zaman ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin məlumata görə, Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə “İsuzi” markalı yük maşını minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində körpü üzərində sıxlıq yaranıb. Qəza zamanı xəsarət alanların olub-olmadığı araşdırılır.
Digər hadisə isə az sonra şəhər mərkəzində – Üzeyir Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. Burada bir neçə nəqliyyat vasitəsi toqquşub, lakin xəsarət alan olmayıb. Avtomobillərə müəyyən ziyan dəydiyi bildirilir.
Hazırda hər iki qəza ilə bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.