İctimai nəqliyyatda yeniliklər: Güzəştlər yaxınlaşır
Nağdsız ödəniş sistemi tam tətbiq olunduqdan sonra sosial qruplar üçün güzəştli tariflər qüvvəyə minəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri Anar Rzayev açıqlayıb ki, gələcəkdə bütün avtobuslarda vahid, nağdsız ödəniş sistemi tətbiq olunacaq. Bu sistem tam işlək vəziyyətə gətirildikdən sonra təqaüdçülər, tələbələr və digər sosial qruplar üçün güzəştli tariflər mümkün olacaq.
O bildirib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağdsız ödəniş sisteminə keçməyə təşviq edəcək.
“Şəhərə çoxsaylı fərdi avtomobillərin girişi tıxac və sıxlığa səbəb olur, eyni zamanda ictimai nəqliyyatın hərəkətini çətinləşdirir, mikromobillik vasitələrinin təhlükəsizliyini azaldır, ekoloji vəziyyəti pisləşdirir və səs-kirliliyi artırır. Ödənişli hərəkət zonalarının tətbiqi isə bu problemlərin həllinə yönəlmiş beynəlxalq təcrübəyə əsaslanır”, – deyə o əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.