Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə və Oğuzda yanğın hadisələri qeydə alınıb

Ev və avtomobil yanğından mühafizə olunub

8

Mingəçevirdə ikimərtəbəli yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan 6 otaqlı evin mətbəxində mebel və qaz sobası yanıb.

Hadisə zamanı evin digər hissəsi yanğından qorunub və yanğın yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində söndürülüb.

Bundan əlavə, Oğuz rayonunda da “Kia” markalı minik avtomobilinin mühərrik hissəsində yanğın baş verib. Yanğın avtomobilin digər hissəsinə yayılmadan, müvafiq xidmət əməkdaşları tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyi əhaliyə yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi tövsiyə edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.