Qarabağa gələn dünya liderləri – Tarixi səfərlərin siyahısı
İşğaldan azad edilən Qarabağ son illərdə beynəlxalq siyasi diqqətin mərkəzinə çevrilib
2020-ci ildə Qarabağın işğaldan azad edilməsindən sonra bölgə beynəlxalq siyasi xəritədə mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Son dörd ildə Şuşa və Xankəndidə çoxsaylı dövlət və hökumət başçıları səfər edib, beynəlxalq tədbirlərdə iştirak edərək bölgədəki dəyişiklikləri yerində qiymətləndiriblər.
İlk tarixi səfər 2021-ci ilin iyun ayında reallaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşada görüşərək məşhur Şuşa Bəyannaməsini imzalayıblar. Ərdoğan daha sonra Qarabağın müxtəlif bölgələrinə bir neçə dəfə səfər edib.
Daha sonra Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə ev sahibliyi edib. Bu tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstan Baş naziri Viktor Orban və Şimali Kipr Prezidenti Ersin Tatar iştirak ediblər. 2024-cü ilin mayında isə Belarus Prezidenti Aleksandr Lukaşenko bölgəyə səfər edib.
2024-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif üçtərəfli görüş keçiriblər.
2025-ci ilin iyulunda Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinə ev sahibliyi edib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Qazaxıstan Baş naziri Oljas Bektenov iştirak ediblər. Əfqanıstanı Abdul Qani Baradar, Türkmənistanı Rəşid Meredov və BƏƏ-ni Sultan əl-Cabir təmsil edib.
Bölgəyə sonuncu yüksək səviyyəli səfər ötən gün baş tutub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək bir sıra mövzularda müzakirələr aparıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.