Süni intellektlə söhbətlər: Hansı məlumatları heç vaxt paylaşmaq olmaz?
Çat-botların yaddaşı faydalı olduğu qədər risk də daşıyır – şəxsi məlumatlarınızı qorumağın yolları
Süni intellektlə ünsiyyət gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu sistemlər yalnız cavab verməklə kifayətlənmir, həm də istifadəçidən öyrənərək yadda saxladığı məlumatlarla daha fərdiləşdirilmiş söhbət aparır.
Bu xüsusiyyət ilk baxışdan rahat görünür. Bot sizin vərdişlərinizi, seçimlərinizi və əvvəlki dialoqları xatırlayır. Lakin yaddaş funksiyası ilə yanaşı, müəyyən təhlükələr də ortaya çıxır. Çünki yadda saxlanılan məlumatların yanlış istifadəsi, gözlənilməz şəkildə xatırladılması və ya kənar şəxslərə sızma ehtimalı mövcuddur.
Nəyi paylaşmaq təhlükəlidir
• Şəxsi məlumatlar. Pasport, ünvan, telefon nömrəsi, doğum tarixi.
• Sağlamlıqla bağlı məlumatlar. Laborator nəticələri və digər tibbi sənədlərdə şəxsi detalların göstərilməsi.
• Maliyyə məlumatları. Bank kartı və hesab nömrələri, şifrələr, investisiya detalları.
• İş sirrləri. Daxili sənədlər, müştəri bazaları, layihələr.
• Login və şifrələr. Onlayn hesab məlumatlarının bölüşülməsi təhlükəlidir.
Özünüzü necə qoruya bilərsiniz
• Sessiya bitdikdən sonra söhbətləri silin.
• “Temporary chat” funksiyasından istifadə edərək məlumatların saxlanmasının qarşısını alın.
• Sorğuları anonim şəkildə göndərin. Məsələn, DuckDuckGo kimi xidmətlərlə.
• Hesabınızı güclü şifrə və iki faktorlu identifikasiya ilə qoruyun.
Nəticə etibarilə, süni intellektlə söhbət insanlara vaxt qazandırır və ünsiyyəti rahatlaşdırır. Amma şəxsi və məxfi məlumatları paylaşarkən diqqətli olmaq, təhlükəsizlik qaydalarına əməl etmək mütləqdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.